Mobil versiya
Nazir müavini ərəblərin Azərbaycana gəlməsindən danışdı
Tarix: 17-02-2017 | Saat: 21:24
Bölmə:Karusel | çapa göndər

Nazir müavini ərəblərin Azərbaycana gəlməsindən danışdı






Ərəb turistlərin kütləvi şəkildə Azərbaycana gəlməsinin ən birinci səbəbi viza sadələşdirlməsi olub. Aia.Az bildirir ki, bunu Trend-ə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov vurğulayıb ki, bundan əlavə nazirliyin 5 ildən çoxdur ki, Dubayda nümayəndəliyi fəaliyyət göstərir: "Nazirlik olaraq beş ildən çoxdur ki, Dubay şəhərində nümayəndəliyimizi saxlayırıq. Azərbaycanla bağlı təbliğat işləri aparılır. Vizanın sadələşdirilməsi aparılan işlərə böyük dəstək verdi və bu iki fəaliyyət birlikdə turist axınında yaxşı effekt yaratdı".

Ərəb turistlərin Azərbaycanda hansısa problemlər yaradacağı barədə fikirlərə münasibət bildirən nazir müavini deyib: "Bu, düzgün fikir deyil. Azərbaycana gələn hər adamı düşmən kimi qəbul etmək doğru yanaşma deyil. Təbii ki, gələnlərin arasında fərqli düşüncəli insanlar ola bilər. Azərbaycanın güc strukturları, təhlükəsizlik orqanları fəaliyyətlərini yüksək səviyyədə icra edirlər və bütün təxribatların qarşısını vaxtında almağa qadirdirlər. Bu baxımdan ərəb turistlərin Azərbaycana gəlməsində problem görmürəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024