Mobil versiya
439 min nəfər işlə təmin edilib
Tarix: 17-02-2017 | Saat: 17:23
Bölmə:İqtisadiyyat | çapa göndər

439 min nəfər işlə təmin edilib

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 yanvar 2017-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 439,7 min olmaqla 351,1 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı il ərzində isə ölkədə 196,5 min yeni, o cümlədən 154,9 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 69,3 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 24,9 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 73,6 faizi regionların, o cümlədən 29,1 faizi Aran, 13,3 faizi Gəncə-Qazax, 6,6 faizi Lənkəran, 5,7 faizi Abşeron, 5,4 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Dağlıq Şirvan, 3,4 faizi Yuxarı Qarabağ, 0,5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 18,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 71,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 4,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,0 faizi tikinti, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9 faizi emal sənayesi, 2,5 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 5,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2016-cı il ərzində ölkədə 48,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,3 faizi qeyridövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 67,8 faizi fərdi sahibkarlıq subyektlərinin, 16,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 15,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024