Mobil versiya
Beynəlxalq Banka sığorta agenti lisenziyası verildi
Tarix: 17-02-2017 | Saat: 17:11
Bölmə:İqtisadiyyat | çapa göndər

Beynəlxalq Banka sığorta agenti lisenziyası verildi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.
Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı "ABB”nin müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.

Sözügedən lisenziya "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024