Neft hasil edən ölkələrin milli valyutalarını nə gözləyir?
Tarix: 17-02-2017 | Saat: 16:32
Bölmə:İqtisadiyyat | çapa göndər
Hər bir ölkənin milli valyutasının durumu onun iqtisadiyyatının mövcud vəziyyətindən və ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır. Yola saldığımız 2016-cı ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir həddə sabitləşməsi baş verdi və bir barell üçün 50 dollar ətrafında dəyişən bu qiymətlər, ötən ilin dekabr ayından bu günə qədər artaraq, bir barell üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı. Bura OPEK-in net hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar. Qiymətlərin bu şəkildə artıb sabitləşməsi, neft hasil edən ölkələrin daha çox valyuta gəlirləri əldə etməsi deməkdir. Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyinə heç bir təminat olmasa da reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır onun qiymətlərində baş verən prosseslər pozitivdir. Bu məsələ ilə bağlı hadisələrin sonrakı inkişafı Amerika Birləşmiş Ştatlarının yeni admnistirasiyasının aparacağı iqtisadi siyasətdən çox asılı olacaqdır. Bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir.
Beynəlxalq maliyyə institutları cari ildə və ondan sonrakı illər ərzində dünya iqtisadiyyatında pozitiv meyllərin baş verəcəyini proqnozlaşdırırlar. Dünya iqtisadi müstəvisində baş verəcək bu meyllər neft hasil edən ölkələrdə də iqtisadiyyatın normal inkişafını şərtləndirəcək. Belə olduğu halda, bu ölkələrdə milli valyutaların məzənnəsi möhkəmlənərək müəyyən bir səviyyədə sabit qala biləcəkdir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024