Mobil versiya
Məmməd Aslan vəfat etdi
Tarix: 23-09-2015 | Saat: 12:41
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Məmməd Aslan vəfat etdi
Mərhumla vida mərasimi bu gün “Göy məscid”də olacaq.
Azərbaycanın tanınmış şairi Məmməd Aslan bu gecə dünyasını dəyişib. Bu barədə ANS əməkdaşına onun qohumları nəlumat veriblər.

Uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən şairlə vida mərasimi bu gün “Göy məscid”də olacaq.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra 1957 – 62-ci ilərdə APİ-nin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Bundan sonra Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb, Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" şeirlər məcmuələrini şərikli tərcümə edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə