Mobil versiya
Trampın yeniı ideyaları nəzərdən keçirməyə hazır olduğu məlum olub
Tarix: 14-08-2025 | Saat: 22:50
Bölmə:Özəl | çapa göndər

Trampın yeniı ideyaları nəzərdən keçirməyə hazır olduğu məlum olub
TASS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gələcəkdə Ukraynadakı münaqişənin həlli üçün Avropadakı Amerika hərbçilərinin sayının azaldılması ideyasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Tramp qeyd edib ki, ABŞ-ın Avropadakı hərbçilərinin sayının azaldılması məsələsi “onun yanında qaldırılmayıb”.

O, jurnalistlərin Ukrayna ilə bağlı potensial razılaşma kontekstində Amerika liderinin bunu “Rusiya rəhbərliyi üçün mümkün stimul” hesab edib-etməməsi ilə bağlı sualını cavablandırıb: “Bu barədə sonra düşünəcəm, amma bu, mənim yanımda qaldırılmayıb”.
Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Trampın Alyaskada görüşü baş tutacaq. Əsas mövzu Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanması variantlarının müzakirəsi olacaq. Görüş Ankoricdəki Elmendorf-Richardson hərbi bazasında baş tutacaq və yerli vaxtla saat 11:30-da (Moskva vaxtı ilə 22:30) başlaması planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025