Ana Sayfa > Özəl > Trampın yeniı ideyaları nəzərdən keçirməyə hazır olduğu məlum olub
Trampın yeniı ideyaları nəzərdən keçirməyə hazır olduğu məlum olubDünən, 22:50. Yazar: sevinc1 |
![]() TASS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gələcəkdə Ukraynadakı münaqişənin həlli üçün Avropadakı Amerika hərbçilərinin sayının azaldılması ideyasını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Tramp qeyd edib ki, ABŞ-ın Avropadakı hərbçilərinin sayının azaldılması məsələsi “onun yanında qaldırılmayıb”. O, jurnalistlərin Ukrayna ilə bağlı potensial razılaşma kontekstində Amerika liderinin bunu “Rusiya rəhbərliyi üçün mümkün stimul” hesab edib-etməməsi ilə bağlı sualını cavablandırıb: “Bu barədə sonra düşünəcəm, amma bu, mənim yanımda qaldırılmayıb”. Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Trampın Alyaskada görüşü baş tutacaq. Əsas mövzu Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanması variantlarının müzakirəsi olacaq. Görüş Ankoricdəki Elmendorf-Richardson hərbi bazasında baş tutacaq və yerli vaxtla saat 11:30-da (Moskva vaxtı ilə 22:30) başlaması planlaşdırılır. aia.az Tərcümə şöbəsi Geri dön |