Mobil versiya
TƏLƏBƏLƏRİNİ ÖZ ÖVLADLARINDAN SEÇMƏYƏN REKTOR
Tarix: 16-02-2017 | Saat: 12:24
Bölmə:Gündəm / Manşet / Seçilənlər | çapa göndər

TƏLƏBƏLƏRİNİ ÖZ ÖVLADLARINDAN SEÇMƏYƏN REKTOR

"Əziz tələbələr, əziz gənclər!

Azərbaycan Memarlıq və İnşaat Universiteti yüksək ixtisaslı memar, inşaatçı mühəndislər və iqtisadçılar hazırlayan tanınmış elm və təhsil mərkəzidir. Biz yalnız bilik vermirik, eyni zamanda elmi axtarışlara hazır olan, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəst-xəttiilə seçilən mütəxəssislər yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.

Elmin sürətlə inkişaf etdiyi, informasiya bolluğunun yarandığı bir dövrdə müasir biliklərə yiyələnmək və gələcəyin qurucularına onları çatdırmaq üçün professor-müəllim heyətimiz daim axtarışdadır.

Tələbələrimiz yalnız təhsil almır, eyni zamanda sevdikləri yaradıcı işlə məşğul olurlar. Bizsə, onlara öz bacarıqlarını realizə etmək üçün şərait yaradırıq. Beynəlxalq müsabiqələrdə, vorkşoplarda iştirak etməklə, tələbələrimizə özünə güvən hissini aşılayır, rəqabətə davam gətirməyin yollarını öyrədirik.

Tələbələrimiz istər universitet daxilində zəruri texniki vasitələrlə təchiz olunmuş ixtisas laboratoriyalarında, istərsə də birbaşa inşaat meydançalarında iş prosesi ilə tanış olurlar. Bizim məqsədimiz müasir dünyagörüşlü, bilikli, özünə inanan, iradəli mütəxəssislər yetişdirməkdir. Əgər siz də bunlara nail olmaq istəyirsinizsə, Universitetimizə xoş gəlmisiniz! Memarlıq və inşaat sahəsində ən müasir təcrübəyə malik şirkətləri, tanınmış mütəxəssisləri universitetə cəlb edərək, tələbələrimizi onların təcrübəsilə tanış e dirik. Tələbələrimizin gələcəkdə işlə təmin olunması üçün işə götürənlərlə görüşləri təşkil edərək, gənclərin təhsilə marağının artmasına, biliklə silahlanaraq gələcək həyatlarında inamla müstəqil addım atmalarına yardımçı olmağa çalışırıq".

Bu müraciətin müəllifi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, memarlıq doktoru, əməkdar memar, iki çağırış Milli Məclisin deputatı Gülçöhrə xanım Məmmədova tələbələrlə ünsiyyəti çox sevir. Çalışır ki, onlarla tez-tez görüşsün. Hər il payız aylarında universitetə qəbul olunan birinci kurs tələbələrini yığıb görüş təşkil edir. Tələblərə bildirir, istəkləri, çətinlikləri ilə maraqlanır. Sonra da ilboyu tələbə fəalları ilə, əsasən də, sessiya qabağı görüşür. Bu qənaətdədir ki, tələbə də bizimlə neqativ hallara qarşı mübarizə aparmasa, bizim mübarizəmiz uğursuz olacaq" "Tələbə özü çalışmalıdır ki, yalançı qiymət almasın, müəyyən biliklərə yiyələnsin. Biz də ona başa salırıq ki, biz sənin arxandayıq və öz haqqını tələb et. Biz səni müdafiə etməyə hazırıq".

1975-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan bu ali məktəb ötən illər ərzində zəngin inkişaf yolu keçib. İnkişafının yeni mərhələsini yaşayan universitetdə Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə verilib. AzMİU zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə yiyələnib. Universitetdə 7 minə yaxın tələbənin təlim-tərbiyəsi ilə 550-yə yaxın professor-müəllim və elmi işçi məşğul olur. AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi tələbə təhsil alır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılmış SABAH qrupları AzMİU-da da uğurla fəaliyyət göstərir. Hazırda dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edən AzMİU Beynəlxalq Universitetlər Assosiasiyasının, Avrasiya, Qara Dəniz Ölkələri, İslam ölkələri Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom proqramı üzrə mütəxəssislər hazırlanır. AzMİU-da KNAUF, Təmiz şəhər tədris mərkəzləri, Holsim və başqa qurumlar fəaliyyət göstərir. Universitetin Təcrübə və Karyera mərkəzində tələbələrin istehsalat təcrübəsinin təşkili və ona rəhbərlik təlimatı hazırlanmış və tətbiq edilmiş, «Tələbələrin 0511 – ixtisası üzrə istehsalat təcrübəsi üzrə metodik göstərişlər», «Tikinti, yol maşın avadanlıqları», «Məzunlar üçün yaddaş»,

«Xarici tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi haqqında metodik tövsiyyələr » və s., lazımlı metodik vasitələr hazırlanmış, müəllim və tələblərin istifadəsi üçün universitet kitabxanasına və fəaliyyətlərə təqdim olunmuşdur. Həmçinin, AzMİU-nun Təcrübə İşədüzəltmə şöbəsi təcrübələrin təşkilinə kömək məqsədilə «Təhsilin bakalavr və magistr pillələrində istehsalat təcrübəsinin hazırlığı və keçirilməsi haqqında metodiki göstəriş» və «AzMİU-nun tələblərinin istehsalat təcrübəsi keçdiyi baza müəssisələri haqqında məlumat kitabçası» kimi vəsaitlər hazırlanmışdır ki, bunlar da təcrübə işinin səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Bunlardan əlavə universitetdə təhsil alan əcnəbi tələbələrin təcrübə prosesinin müasir tələblər baxımından qurulması məqsədilə metodik vəsait də çap olunmuş və təcrübəyəyə cəlb edilmiş müəllimlərimizin istifadəsinə verilmişdir

Keçən ilin noyabında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Enerji təchizatı və effektivliyi” adlı beynəlxalq tədbirdə universitetlərin əməkdaşlıq şəbəkəsi olan NESEFF-ə (Network for Energy supply and Energy Efficiency- Enerji təchizatı və Enerji Səmərəliliyi Şəbəkəsi) üzv kimi qəbul olunub. 2016-cı ildə Azərbaycanın bir çox nüfuzlu universitet və elmi-tədqiqat qurumlarıyla yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti “Web of Science” mükafatına layiq görülüb.

G. Məmmədovanın rəhbərlik etdiyi universitetin digər ali təhsil müəssisələrindən müsbət fərqi bundan ibarətdir ki, əvvəla, burada sağlam mühitin formalaşmasına daha çox diqqət yetirilir. Bundan başqa, təhsili müəyyən qədər müasirləşdirilməsinə ciddi fikir verilir.

Universitetin bu gün çox böyük beynəlxalq əlaqələri var, bir sıra beynəlxalq birliklərin üzvüdür. Universitetin Tempus, Erasmus mundus layihəsi var. Bu layihələr xarici tərəfdaşların köməkliyi ilə təhsilin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bu Tempus layihələrində iştirak edən italyan, ispan, Baltikyanı, eyni zamanda, Azərbaycan universitetləri bizimlə iştirak edir. Tələbə-müəllim mübadiləsi həyata keçirilir. Bu əlaqələrin nəticəsidir ki, tələbələr xarici ölkələrə praktikaya da gedirlər.

Gülçöhrə Məmmədova 18 yaşından bu universitetə qəbul olunub, bu günə qədər də bu təhsil ocağından çıxmayıb, "Bura mənim həyatım, ailəm, dostlarım, tanışlarım, bir sözlə, həyatımın mənasıdır" - deyir. Kafedranın asistentindən başlamış rektor vəzifəsinə qədər ucalıb. İxtisasını çox sevib. Sırf sənətiylə məşğul olmaq istəyilə bu universitetə gəlib. Yaxşı memar olmaq, mövqe tutmaq istəyib. Bu məqsədə çatmaq üçün bir çox şeylərdən imtina edib. Başqaları istirahət edəndə, əylənəndə, dostlarla oturub saatlarla söhbət edəndə o, çalışıb. Tələbələri övladlarından ayırmır, tələbələrinə hansı tövsiyəni verirsə, övladlarına da o tövsiyələri verdiyini deyir. İnanırıq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi - professor-müəllim heyəti və tələbə kontingenti 2017-ci ildə də uğurlarının sırasını artıracaq.

Elbrus BAĞIROV

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024