Mobil versiya
Milli Məclisin deputatı Səttar Möhbalıyev seçicilərlə növbəti görüşünü keçirib. -Fotolar
Tarix: 08-08-2025 | Saat: 16:36
Bölmə:Manşet / Özəl / Parlament | çapa göndər

Milli Məclisin deputatı Səttar Möhbalıyev seçicilərlə növbəti görüşünü keçirib.

Milli Məclisin deputatı Səttar Möhbalıyev 8 avqust 2025-ci il tarixində Şahbuz rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, qəbul rayonun Kiçikoba kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, bəzi sakinlərə maddi yardım olunub. Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Həmçinin sakinlər qəsəbədə xeyir-şər evinin tikintisində onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Kiçikoba kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Şahbuz rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdən sonra Kiçikoba kəndindən olan Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Cəfərov Cavid Dilavər oğlunun məzarını ziyarət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2025