Bu marketdə saxta araqlar aşkarlandı -Foto
Tarix: 24-07-2025 | Saat: 16:45
Bölmə:Ölkə | çapa göndər

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Sərxan Qurbanəli oğlu Süleymanova məxsus “Ay Store” marketdə yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən apa.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə 6 ədəd 1 litrlik, 7 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb.
Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış göstərildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026
20-04-2026