Milli Mətbuatın himayədarı – Ulu Öndər Heydər Əliyev
Tarix: 18-07-2025 | Saat: 11:24
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. fikirləri milli mətbuatın ictimai, mənəvi və siyasi rolunu dərin şəkildə əks etdirir. Bu sözlər sübut edir ki, milli mətbuat yalnız informasiya vasitəsi deyil, xalqın milli şüurunu oyadan, istiqlal ruhunu formalaşdıran bir gücdür. Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən yaradılan “Əkinçi” qəzeti ilə qoyuldu. “Əkinçi” maarifçilik hərəkatının əsas rəmzi kimi, xalqın düşüncəsində azadlıq və tərəqqi ideyalarının yayılmasına xidmət etdi. Çar senzurasına baxmayaraq, qəzet xalqı maarifləndirməyə, müstəqillik ideyalarını yaşatmağa çalışırdı. XX əsrdə Sovet senzurasına və təzyiqlərə baxmayaraq, milli mətbuat xalqın haqq səsini ifadə edən ideoloji qalaya çevrildi. Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin qorunmasında mühüm rol oynadı. 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra milli mətbuat azad sözün, demokratik cəmiyyətin formalaşmasında önəmli yer tutdu. Heydər Əliyevin siyasi iradəsi ilə mətbuat azadlığı konstitusion şəkildə təmin olundu, senzura ləğv edildi, jurnalistlərin fəaliyyəti üçün şərait yaradıldı. O, mətbuatın həm milli maraqlara xidmət etməli, həm də tənqid və fikir plüralizmini ifadə etməli olduğunu vurğulayırdı. Bu gün isə texnologiyaların sürətli inkişafı və informasiya təhlükələri qarşısında dayanıqlı, peşəkar və məsuliyyətli mətbuatın mövcudluğu daha vacibdir. İnformasiya cəmiyyətində milli mətbuat ictimai etimadın, vətəndaş cəmiyyətinin və milli birliyin əsas dayaqlarından biridir. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə medianın inkişafı, jurnalistlərin sosial təminatı və müasir texnologiyaların mediaya inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlər üçün sosial layihələr və qəbul olunan proqramlar dövlətin bu sahəyə verdiyi önəmi göstərir. Milli mətbuatımız tariximizin, azadlıq mübarizəmizin və dövlətçilik irsimizin ayrılmaz hissəsidir. Onun inkişafı və gələcək nəsillərə ötürülməsi hər birimizin vəzifəsidir.
Misir Məmmədov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər