Mobil versiya
"Digər məsələlər referendum yolu ilə həllini tapacaq" - Komitə sədri
Tarix: 04-07-2025 | Saat: 12:04
Bölmə:Parlament | çapa göndər

"Digər məsələlər referendum yolu ilə həllini tapacaq" -

"Hesab edirəm ki, heç bir mübahisəli məsələ qalmayıb. Deputat həmkarlarımız çıxışlarında vurğuladılar ki, layihə mükəmməl hazırlanıb. Yeganə bir neçə nəzəri məsələlər var idi ki, onların da həlli gələcək konstitusion islahatlarla bağlıdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı deyib.

"Onu vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respubliaksının Konstitusiyası da Azərbaycan Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Bir sıra məsələlər məhz indi konstitusiyaya əlavə və dəyişikliklərlə həllini tapır. Digər məsələlər isə gələcəkdə referendum yolu ilə həllini tapar. Burada heç bir ziddiyyət mövcud deyil", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025