Mobil versiya
Bərdə şəhərində- “Sülhü qoruyaq” mövzusunda tədbir kecirildi
Tarix: 21-09-2015 | Saat: 21:13
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər


21sentyabr 2015-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə vəTexnologiya Kollecində “21 sentyabr-Beynəlxalq Sülh günü”nə həsr olunmuş “Sülhü qoruyaq” mövzusunda tədbir kecirilmisdir.

Tədbiri giriş sözü ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi,Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qonaqları salamladı və tədbirin kecirilməsinin əhəmiyyətindən söz açaraq fikirlərini bölüşdü.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Beynəlxalq sülh gününün tarixindən,dünyada gedən proseslərdən,Azərbaycan dövlətinin sülhsevər siyasətindən danışaraq bildirdi ki,xalqımızın ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və sülhü bərqərar etməsi nəticəsində respublikamız böyük uğurlar qazanmışdır.O,vurğuladı ki, 20 ildən çoxdur ki davam edən Dağliq Qarabağ münaqişəsin də mümkün qədər sülh yolu ilə həlli Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir.

Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov Gənclər və İdman idarəsinin tədbiri keçirməkdə məqsəd və məramından söz açaraq dünyada sülhün pozulması nəticəsində bəşəriyyətin düçar olduqu bəlalardan danışdı.Tarixi gerçəkliyin sülhün qorunmasına daha çox ehtiyac yaratdıqını nəzərə çatdırdı.

Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Yusif Musayev münaqişə və müharibələrdın əziyyət çəkən dövlət olaraq Azərbaycan Respublikasının dünyada sülhün qorunmasında rolundan söz açaraq dünyanın qaynar nöqtələrində sülhyaratma əməliyyatlarında iştirakından danışdı.

Fəal gənclərdən Ramal Əhməd çıxış edərək gənclərin hər sahədə olduğu kimi müvafiq sahədə də dövlət siyasətini dəstəklədiyini bildirdi.

Kollecin “Tələbə Gənclər Təşkilatı”nın sədri Sənan Təhməzzadə Azərbaycan gəncliyinin Azərbaycançılıq,humanizm prinsiplərinə sadiq olduqunu və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirdi.

Tələbələr, gənclər çıxış edərək fikir və baxışlarını bölüşdülər.Tədbir qarşılıqlı diskussiya şəklində davam etdi.

Tədbirə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi,Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev yekun vuraraq qonaqlara təşəkkürünü bildirdi,dövlətin diqqət və qaqyğısından, qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını qeyd etdi.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024