Mobil versiya
Ərzaq məhsullarının qiymətində 14 faiz bahalaşma - Rəsmi
Tarix: 13-02-2017 | Saat: 11:37
Bölmə:İqtisadiyyat | çapa göndər

Ərzaq məhsullarının qiymətində 14 faiz bahalaşma - Rəsmi






Cari ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilə nisbətən 11,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,3 faiz bahalaşıb.

Bu barədə məlumatı Dövlət Statistikaa Komitəsi yayıb. Hesabatda bildirilib ki, 2016-cı ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 2 faiz artıb.

Ay ərzində bahalaşma düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində müşahidə olunubr. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub.

2017-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,3 faiz üstələyərək 2,6 milyard manata bərabər olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024