Mobil versiya
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun təfərrüatlarını açıqlayıb
Tarix: 23-06-2025 | Saat: 13:16
Bölmə:Özəl | çapa göndər

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun təfərrüatlarını açıqlayıb
Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun keçirilmə tarixi və yeri barədə hələlik Ankaraya məlumat daxil olmayıb. Bu məsələlər birbaşa münaqişə tərəfləri tərəfindən həll edilir. Bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat verib.
“Bu məsələni tərəflərin özləri həll etmək lazımdır, onlar tarixi və yeri müəyyənləşdirirlər”, - RİA Novosti mənbədən sitat gətirir.
Mənbənin sözlərinə görə, Türkiyə hələ ki, məlumat almayıb.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun tarixi gələn həftə razılaşdırılacaq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məsləhətləşmələrin vaxtı və yeri ilə bağlı yekun qərarı Rusiya və Ukrayna nümayəndə heyətləri birgə qəbul edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025