Mobil versiya
Qəddar atanın ifadəsi üzə çıxıb
Tarix: 21-06-2025 | Saat: 17:30
Bölmə:Özəl | çapa göndər

Qəddar atanın ifadəsi üzə çıxıb

İstanbulda ata qızını təpiklə vuraraq pilləkənlərdən yıxıb. Uşaq ağır yaralanıb, 51 cinayət keçmişi olan ata isə nəzarətə götürülüb. Qəddar atanın polis bölməsindəki ifadəsi üzə çıxıb. Ata Turqay T. tutularaq həbsxanaya göndərilib.

Turqay T. polis bölməsində ifadəsində 3 yaşlı qızı M.T. xəbərdarlığına baxmayaraq, əlini elektrik lövhəsinə salmağa çalışıb və buna görə də onu təpikləyib-deyə ifadə verib


Ailə və Sosial Xidmətlər Nazirliyi sosial media hesabında paylaşım edərək, bəzi mətbuat və sosial media hesablarında yayılan İstanbulda atanın qızını döyən görüntüləri ilə bağlı açıqlamalar verib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Hadisə təhlükəsizlik bölmələrinə bildirildikdən sonra vilayət müdirliyi qruplarımız dərhal hərəkətə keçdi.

İstintaqda zorakılığa məruz qalan uşağın daha 7 bacısı olduğu müəyyən edilib və lazımi prosedurlar tamamlandıqdan sonra xəbərin mövzusu olan uşaq və bacıları dövlət himayəsinə götürülüb.

Nazirlik olaraq zorakılıq edən ataya qarşı cinayət işi qaldıracaq və qanuni prosesi yaxından izləyəcəyik ki, o, ən ağır cəzanı alsın”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025