Mobil versiya
İstanbulun göbəyində ürəkağrıdan hadisə! Ana 7 yaşlı uşağını qaçırıb
Tarix: 20-06-2025 | Saat: 20:55
Bölmə:Özəl | çapa göndər

İstanbulun göbəyində ürəkağrıdan hadisə! Ana 7 yaşlı uşağını qaçırıb

İstanbulun Sarıyer səmtində ağılları kəsən hadisə baş verib. Ukraynalı ana iqamətgahın qarşısında uşağını zorla maşına mindirərək oradan uzaqlaşıb.Hadisə dünən saat 18:30 radələrində Sarıyer Ayazağada yaşayış binasının qarşısında baş verib. İddialara görə, naməlum səbəbdən mübahisə edən Qətərli Nizar R. (57) və ukraynalı Yana R. (39) cütlüyünün 7 yaşlı uşağı D.R. anası tərəfindən zorla maşına mindirilib. Hadisədən sonra ata Nizar R. şikayət edib. Öz ifadəsində N.R. həyat yoldaşı ilə hələ rəsmən boşanmadığını, qəyyumluqla bağlı heç bir işin açılmadığını bildirib.

Uşağını həyat yoldaşı Y.R. ilə kişi şəxs tərəfindən avtomobilə mindirdiyini deyən ata, həyat yoldaşının daha əvvəl də qızını öldürməklə hədələdiyini iddia edib.

Digər tərəfdən ananın uşağını zorla maşına mindirdiyi anlar kameralara düşüb. Təhlükəsizlik kamerası görüntüləri araşdırılarkən, ana Yara R. və şübhəlinin yanında tutulması üçün əməliyyatın başladığı öyrənildi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025