Mobil versiya
Qırğızıstan səfiri miqrant uşaqların əməyinə xüsusi münasibət göstərilməsini xahiş edib
Tarix: 20-06-2025 | Saat: 12:43
Bölmə:Özəl | çapa göndər

Qırğızıstan səfiri miqrant uşaqların əməyinə xüsusi münasibət göstərilməsini xahiş edib
Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayev əmək miqrantlarının övladlarının rus dili üzrə biliklərini yoxlayarkən onlara xüsusi münasibət göstərilməsini xahiş edib.
Onun sözlərinə görə, rus dili millətlərarası ünsiyyət dili hesab olunur və respublikanın Konstitusiyasında rəsmi dil kimi təsbit edilib.

“Bununla əlaqədar, mən rusiyalı tərəfdaşlarımıza müraciət edirəm: biz istərdik ki, uşaqlara, bizim ölkə vətəndaşlarına, yuxarıda qeyd olunanları nəzərə alaraq, onları məktəblərə yazdırarkən və sınaqdan keçirərkən onlara üstünlük verilsin”, - TASS onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Qırğızıstanın Ticarət və Sənaye Palatasının rəhbəri, respublikanın keçmiş baş naziri Temir Sariyev respublika vətəndaşlarına Rusiyada xüsusi status verilməsini tələb edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025