Mobil versiya
İndoneziyada vulkan püskürüb
Tarix: 17-06-2025 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

İndoneziyada vulkan püskürüb

İndoneziyanın Şərqi Flores bölgəsindəki Levotobi Laki-Laki vulkanında püskürmə baş verib.
İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi Levotobi Laki-Laki vulkanında vulkanik aktivliyin müşahidə edildiyini bildirib. Açıqlamada vulkanın təxminən 10 min metr yüksəkliyə kül səpdiyi bildirilib. Vulkandan yüksələn göbələk formalı kül buludu təxminən 150 kilometr uzaqlıqdakı şəhərdən görünüb.
Səlahiyyətlilər ən yüksək həyəcan səviyyəsini işə salıb və vulkanın ətrafındakı 8 kilometr radiusu təhlükə zonası olaraq təyin edib və vulkan hadisəsində can itkisinin olmadığı bildirilib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025