Mobil versiya
Bank kartlarının talanmasına görə istintaq təxirə salınmadan aparılacaq
Tarix: 13-06-2025 | Saat: 11:43
Bölmə:Parlament | çapa göndər

Bank kartlarının talanmasına görə istintaq təxirə salınmadan aparılacaq

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkətləri təxirəsalınmadan aparılacaq.

aia.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dəyişikliklər son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə təklif edilir.

Mövcud qanunvericiliyə əsasən, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

Təklif edilən dəyişikliyə əsasən, bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə o məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025