Mobil versiya
Novruzəli Aslanov: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji əməkdaşlıq sahələrinin daha da təkmilləşdirilməsinə şərait yaradıb”
Tarix: 11-06-2025 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji əməkdaşlıq sahələrinin daha da təkmilləşdirilməsinə şərait yaradıb”

“2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərinə əsaslanıb və eyni zamanda da bu mühüm tarixi sənəd həmin münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir və azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə ölkələrimizin gələcək iş birliyinin istiqamətini göstərir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Bu gün ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək önəmli məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları hər iki ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili Şuşa Bəyannaməsinin xarici ölkələrdə olan Türk və Azərbaycan icmaları arasında münasibətlərin dərinləşməsinə mühüm töhfə olduğunu xüsusi qeyd edib:“Bəyannamənin özündə ehtiva etdiyi önəmli məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirmək xüsusunda fəaliyyəti daha da intensivləşdirmək barədədir. Məlumdur ki, bu gün beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında daha sıx işbirliyinə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər bəyannamədə öz əksini tapıb. O cümlədən hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi də bu məsələlərə aiddir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025