Mobil versiya
Tramp gözlənilmədən Putinlə söhbəti ilə bağlı paylaşımını silib
Tarix: 04-06-2025 | Saat: 22:25
Bölmə:Özəl | çapa göndər

Tramp gözlənilmədən Putinlə söhbəti ilə bağlı paylaşımını silib

ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı paylaşımını silib. Orada Ağ Ev rəhbəri Rusiya lideri ilə danışdıqları barədə ətraflı məlumat verib. Tramp yazıb ki, söhbət 1 saat 15 dəqiqə davam edib. O, həmçinin qeyd edib ki, Kiyevin Rusiya aerodromlarına hücumları müzakirə olunub.

Trampın sözlərinə görə, Putin ona Ukraynanın hücumuna cavab vermək niyyəti barədə məlumat verib.

Tramp əlavə edib ki, söhbətə İran da daxildir və İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxt daralır.Tramp daha sonra Putinlə söhbəti ilə bağlı yazısını mətni dəyişmədən yenidən yükləyib.

Kreml Rusiya və ABŞ prezidentləri arasında çərşənbə günü axşam baş tutan telefon danışığının təfərrüatlarını da açıqlayıb. Ukraynadakı vəziyyətlə bağlı söhbətin təfərrüatlarını Rusiya liderinin köməkçisi Yuri Uşakov açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə