Novruzəli Aslanov: “Cənab Preziden bütün dünyaya iqlim dəyişikliyi ilə bağlı ciddi təhlükələrlə üz-üzə qalmış ölkələrə növbəti dəstək çağırışı ünvanladı”
Tarix: 03-06-2025 | Saat: 09:50
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“İyun ayının 2-də start götürmüş “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yaranmış yeni imkanları və perspektivləri müzakirə etmək məqsədilə 39 ölkədən yüzlərlə şirkətin nümayəndəsi iştirak edir. Bu bir daha onu göstərir ki, regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaıb. Enerji Həftəsinin ilk günündə Bakı Ekspo Mərkəzində tədbir çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimi olub. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu, ölkəmizin bütün gələcək uğurlarının möhkəm təməli idi. Bu gün Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırıb. Bununla yanaşı, Azərbaycanın enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.”
Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin keçən il ölkəmizdə keçirilmiş COP29-un nəticələri ilə bağlı əsləndirdiyi fikirlər Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə bağlı ciddi təhlükələrlə üz-üzə qalmış ölkələrə növbəti dəstək çağırışı kimi qiymətləndirilməlidir. Hamımız yaxşı xatırlayırıq ki, keçən ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsinin ilk günündə çızış edərkən cənab Prezident İlham Əliyev demişdir: “COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.” Həqiqətən də Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirməklə ən böyük çətinliklərin belə öhdəsindən gəlmək iqtidarında olduğunu bir dh sübut etdi. Bu qlobal tədbirin “Bakı sıçrayışı” adlandırılması, dövlət başçımızın qeyd etdiyi kimi, bir çox mühüm hədəflərə çatmaqla bağlıdır. Bu nailiyyətlərdən İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılması qərarı xüsusi qeyd olunmalıdır. Azərbaycan ətraf mühiti ən çox çirkləndirən inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılmasına nail oldu. Cənab Prezident, köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik – deməklə, bütün dünyaya iqlim dəyişikliyi ilə bağlı ciddi təhlükələrlə üz-üzə qalmış ölkələrə növbəti dəstək çağırışı ünvanlamış oldu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-06-2025