4 iyun 1993-cü il Azərbaycan xalqının öz xilaskarı Ulu Öndər Heydər Əliyev ilə həmrəyliyi
Tarix: 03-06-2025 | Saat: 09:45
Bölmə:Özəl | çapa göndər

Zəfər tarixini yazan Azərbaycanın bugününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə düşünürük ki, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı bu həqiqəti etiraf etmiş olar ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə ölkəmizi böyük bəlalardan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, bugünkü uğurlarımızın bünövrəsini qoydu.
Ölkə Prezidenti müstəqilliyimizin ilk illərinin problemlərindən bəhs edərkən həmin dövrdə hakimiyyətdə olanların təcrübəsizliyini, xəyanətini xüsusi qeyd edir: «Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər.»
1993-cü il iyunun 4-də Gəncədə baş verən qiyam, silahlı dəstələrlə dinc əhali arasında yaranan qarşıdurma bütövlükdə Azərbaycanın varlığını təhlükə altına aldı. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi, xilaskarını Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Bakıya gəldi. İyunun 13-də mövcud vəziyyəti öyrənmək üçün bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşdü. Ölkədə yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran Ulu Öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbirli olmağa çağırdı: «Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək.» Ümummilli lider Heydər Əliyev təmkinlilik göstərərək qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Yenə də vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı. 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur. 15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev parlamentin Sədri seçildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir.
1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünü yaşadı. Ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin nəticəsi, məntiqi ifadəsidir. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi idi. Bu mühüm addım sonrakı proseslərin müsbət istiqamətdə inkişafına geniş imkanlar açdı. Ölkəmizdə yaradılan sabitlik normal biznes mühitini şərtləndirdi ki, bu da Azərbaycana investisiya axınını sürətləndirdi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi də deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqaviləsi» imzalandı. Bununla da Azərbaycanın iqtisadi inkişafının və dünya iqtisadi sisteminə inteqrasiyasının təməli qoyuldu.
Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevə milyonların sevgisi dayanırdı. Ümummilli Lider xalqa inanır, güvənirdi. Ümummilli Lider Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Qeyd etdiyimiz kimi, Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ulu öndər Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.
Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ideyalarının uğurla həyata keçirilməsi ölkəmizin qarşısında geniş imkanlar açır. Ümummilli Liderin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Məhz bu arzunun reallaşması fonunda ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini, müstəqilliyinin, ərazi bütövlüyünün daimi olacağını bildirir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025