Gülər Sultanzadə: "Azərbaycanda uşaqların xoşbəxt, firavan yaşaması üçün hər cür imkan və şərait yaradılıb"
Tarix: 02-06-2025 | Saat: 10:33
Bölmə:Karusel / Özəl | çapa göndər

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü il ərzində körpələrin payına düşən xoşbəxt təqvimlərdəndir. Bu günün bütün dünyada qeyd olunması da təsadüfi deyil.
Uşaqların Beynəlxalq Müdafiəsi günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyasının qərarı əsasında təsis olunub. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb və həmin tədbirdə ilin bir gününün- 1 iyun tarixinin bütün dünya uşaqlarının həyatında əlamətdar hadisə kimi qeyd olunmasına, rəngindən, irqindən asılı olmayaraq bütün uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamə ilə 20 noyabr 1956-cı ildən bütün dövlətlərdə “Ümumdünya Uşaqlar Günü” əlamətdar hadisə kimi qeyd olunur.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz deyib ki, Müstəqil dövlət kimi inkişaf edən Azərbaycanda uşaqların xoşbəxt, firavan yaşaması üçün hər cür imkan və şərait yaradılıb. Məktəbəqədər tərbiyə və təhsil müəssisələrində, körpələr evi və internatlarda uşaqların tərbiyəsi, səmərəli istirahəti, bilik alması naminə yaradılan şərait gələcəyimizi etibar edəcəyimiz nəslə diqqət və qayğının ifadəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hər uşağın ailəyə ehtiyacı var”, “Talassemiyasız həyat naminə”, “ Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr , Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğular olmaqla, körpələrin sağlamlığına göstərilən diqqətdir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqram və layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri ilə mütəmadi maraqlanan, valideyn himayəsindən məhrum uşaqlara ana qayğısı ilə yanaşan Mehriban xanım fiziki cəhətdən qüsurlu, zəif inkişaf etmiş körpələrin sağlamlığı naminə hər cür şəraitin yaradılması üçün səyini əsirgəmir.
Mehriban xanımın təşəbbüsü ilə yenidən qurulan internat və körpələr evləri ən müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir. Uşaq evləri və internatların yenidənqurulması təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində onlarla təlim-tərbiyə müəssisəsi ən müasir avadanlıqlarla təmin olunmuş, valideyn himayəsindən məhrum körpələrin xalqımız üçün hazırlıqlı vətəndaş, zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində önəmli tədbirlər həyata keçirilir.
Fondun dəstəyi ilə təşkil olunan bayram şənliklərində iştirak edən kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara əsl mənada ata-ana qayğısı göstərilir. Mehriban xanımın təşəbbüslərinin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirilsin. Respublikamızdakı bütün səhiyyə ocaqlarında, o cümlədən uşaq poliklinikalarında, xəstəxanalarında körpələrə ən müasir standartlara cavab verəcək səviyyədə xidmət göstərilir – deyə Gülər Sultanzadə fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-06-2025
21:56 Assamda daşqın: 19 ölü