Mobil versiya
Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb
Tarix: 02-06-2025 | Saat: 10:04
Bölmə:Ölkə | çapa göndər

Kölgə İqtisadiyyatında  Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb

Sosial –İqtisadi Araşdırmalar İctimai Birliyi yeni layihənin icrasına başlayıb

İctimai Birliyin sədri Fərqanə Əliyeva bildirib ki, son illərdə Azərbaycanda iqtisadi islahatlara və şəffaflıq təşəbbüslərinə baxmayaraq, kölgə iqtisadiyyatı və onunla əlaqəli korrupsiya halları hələ də ciddi narahatlıq doğurur. Qeyri-rəsmi əmək bazarı, vergidən yayınma, lisenziyasız fəaliyyətlər və dövlət vəsaitlərinin mənimsənilməsi kimi hallar ölkə iqtisadiyyatının şəffaf inkişafına mane olur.Aparılmış son araşdırmalar göstərir ki, kölgə iqtisadiyyatı təkcə vergi gəlirlərinin azalmasına deyil, həm də korrupsiya risklərinin artmasına səbəb olur. Rəsmi nəzarətdən kənarda qalan iqtisadi fəaliyyətlər həm dövlət orqanları, həm də vətəndaşlar üçün təhlükə yaradır. Bu fəaliyyətlər çox vaxt məmur-rüşvət əlaqələri ilə müşayiət olunur.Azərbaycan Respublikasının müvafiq qurumları korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra tədbirlər həyata keçirməkdədir.Kölgə iqtisadiyyatının həcmini azaltmaq üçün nəzarət mexanizmləri gücləndirilir.Dövlət satınalmalarında şəffaflıq artırılır.Elektron hökumət xidmətlərinin tətbiqi genişləndirilir,ictimai nəzarət mexanizmlərinin aktivləşdirilməsi üçün QHT-lərlə əməkdaşlıq genişləndirilir.

QHT-sədri qeyd edib ki, bu sahədə uğur yalnız dövlətin deyil, vətəndaş cəmiyyətinin və biznes sektorunun birgə səyləri nəticəsində mümkündür.Layihənin əsas məqsədi korrupsiya hallarında irəli gələn bərabərlik və sosial ədalət prinsiplərini pozulmalarının qarşısını almaq, iqtisadi inkişafa və bu sahədə idarəçilik mexanizmlərinə maneələrin qarşısının alınması və haqsız rəqabətə şərait yaradan meyyarları araşdırmaq ,həlli yollarını ictimaiətə çatdırmaq və bu istiqmətdə araşdırma və məlumatlandırma işləri aparılmasından ibarətdir.Layihə çərçivəsində UNEC -in Zaqatala filialı dosenti SİA İB-nin sədr müavini i.f.d. dos. Sərdarov Elnur Zaur oğlunun 7 ingilis dilində yazmış oldugu Elmi məqalə, Serbiya və Türkiyədə kitabda yayımlanacaq və bu haqda KİV-nə məlumat veriləcək.

Layihə 01 .06.2025-ci il tarixindən 31.08.2025 –ci il tarixlərini əhatə edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2025