Bu halda yoğun bağırsaq xərçəngi xəstələrində ölüm riski azala bilər
Tarix: 02-06-2025 | Saat: 08:28
Bölmə:Ölkə | çapa göndər

Sürətli gəzintilər və fərdi şəkildə tərtib olunmuş fiziki aktivlik proqramı yoğun bağırsaq (kolon) xərçəngindən əziyyət çəkən insanların ölüm riskini 30 faizdən çox azalda bilər.
aia.az xəbər verir ki, bu nəticə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunan beynəlxalq araşdırmada açıqlanıb. Altı ölkədə, o cümlədən Böyük Britaniyada 889 xərçəng xəstəsi arasında aparılan beşillik müşahidə göstərib ki, strukturlaşdırılmış idman proqramı xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır və sağ qalma göstəricilərini artırır.
Məlum olub ki, fərdi idman proqramı tətbiq olunan xəstələrin 80 faizi beş ildən sonra tam sağ qalıb, halbuki sadəcə sağlam həyat tərzi ilə bağlı məlumatlar təqdim olunan qrupda bu rəqəm 74 faiz olub.
Alimlər bu nəticələrin xərçəng müalicəsində fiziki aktivliyin standart tibbi yardıma inteqrasiyasına təkan verəcəyinə ümid edirlər. Onların fikrincə, bu yanaşma dünya üzrə yoğun bağırsaq xərçəngi ilə mübarizədə yeni səhifə aça bilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-06-2025
21:56 Assamda daşqın: 19 ölü