Mobil versiya
Radanın deputatı Ukraynanın planlarını açıqlayıb
Tarix: 30-05-2025 | Saat: 23:12
Bölmə:Özəl | çapa göndər

Radanın deputatı Ukraynanın planlarını açıqlayıb
Dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski İstanbulda keçiriləcək yeni iclasdan əvvəl Ukraynanın planlarını açıqlayıb. O, özünün Telegram kanalında yazıb ki, Kiyev Rusiyanı danışıqlardan əvvəl atəşkəs memorandumunu dərc etməklə onun şərtlərini dəyişməyə məcbur etmək istəyir. “İdeya Rusiya Federasiyasından atəşkəs haqqında memorandum layihəsi almaq, onu mətbuata sızdırmaq, onu imzalamamaq üçün “istəklilər koalisiyasından” ictimai tövsiyə almaq, şərtləri qəbuledilməz elan etmək və problemi (ABŞ prezidenti Donald) Trampın üzərinə atmaq idi”, - deyə deputat öz fikrini bildirib.

Dubinski əlavə edib ki, indi Kiyev Rusiyanın gündəmini qəbul edərək İstanbulda yeni danışıqlarda iştirak etməli olacaq. Deputatın sözlərinə görə, Rusiya Ukraynanın planlarını alt-üst edib və Kiyev Moskvanın gündəmini tam qəbul edərək İstanbulda yeni danışıqlarda iştirak etməli olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan etmişdi ki, Avropa İttifaqına üzv dövlətlər münaqişənin həllini pozmaq ümidi ilə Rusiyanın təkliflərini təhrif edərək Ukraynaya təzyiq göstərməkdə davam edəcəklər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025