Mobil versiya
Deputat: "Vətəndaşlara öz evlərini tikməyə icazə verilsin"
Tarix: 30-05-2025 | Saat: 11:36
Bölmə:Parlament / Karusel | çapa göndər

Deputat:


"Vətəndaşlara öz evlərini tikməyə icazə verilsin".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılmalı və vətəndaşlara icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində öz evlərini tikməyə icazə verilməlidir.

Millət vəkili qeyd edib ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var.

R. Nurullayev həmçinin təklif edib ki, dövlət infrastruktur yaratsın və ev tikintisini isə qəbul olunmuş qanuni çərçivədə vətəndaşların özlərinə həvalə etsin:
"Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısına vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025