Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may -Müstəqillik Günü münasibətilə silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 26-05-2025 | Saat: 18:58
Bölmə:Özəl | çapa göndər

26 may 2025-ci il tarixdə 2025 - ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may - Müstəqillik Günü münasibətilə YAP Qazax rayon təşkilatı Daş Salahlı 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında “Müstəqillik, suverenlik Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir!” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
aia.az xəbər verir ki, tədbirin əvvəlində 28 may - Müstəqillik Gününə həsr edilmiş film nümayiş etdirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq 28 may -Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və müdrik Azərbaycan xalqının heç də hamar olmayan müstəqillik yollarında çox şərəfli, keşməkeşli bir yol keçdiyini xüsusi vurğulayıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu münasibətlə rayonda silsilə tədbirlərin keçirildiyini və xalqımız üçün çox əlamətdar bir gün olan 28 may -Müstəqillik Gününün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıb. A.Nəbiyev bu yönümdə keçirilən silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan müstəqilliyimizdən, suverenliyimizin bərpasından, bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə konstitusiya quruluşumuzun bərqərar edilməsindən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan misilsiz qələbə sayəsində Dövlət Bayrağımızın bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs edib.
Tədbirdə partiya fəallarından Şükufə Cəfərova, Şəbnəm Ləzgiyeva, şəhid anası Mənsurə Hüseynova, şəhid bacısı Hicran Məmmədova çıxış ediblər.
Tədbirin sonunda Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər və müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxlş ediblər, ərazi partiya təşkilatının ən fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-05-2025
27-05-2025