Mobil versiya
Bu dəfə Rusiya təyyarəsi səhvən türk əsgərlərini bombaladı - 3 şəhid, 11 yaralı
Tarix: 10-02-2017 | Saat: 11:23
Bölmə:Seçilənlər-2 | çapa göndər

Bu dəfə Rusiya təyyarəsi səhvən türk əsgərlərini bombaladı - 3 şəhid, 11 yaralı







Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Suriyanın şimalında Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbə endirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində 3 türk əsgəri şəhid olub, 11 əsgər xəsarət alıb.

Məlumatı “Ria Novosti”yə Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd olunur ki, bu gün saat 8:40-da Rusiya ordusu tərəfindən İŞİD-in mövqelərinə qarşı təşkil olunan hava əməliyyatı zamanı pilot Türkiyə Silahlı Qüvvələrinə məxsus binanı yanlışlıqla bombalayıb.

Suriyada ötən il avqustun 24-dən aparılan “Fırat qalxanı” əməliyyatı çərçivəsində həlak olan türk əsgərlərinin sayı bununla 64 nəfərə çatıb.

***

“Rusiya Federasiyasının səlahiyyətli şəxsləri baş vermiş hadisənin qəza olduğunu ifadə edərək buna görə kədərləndiklərini və başsağlıqlarını çatdırıblar. İnsidentlə bağlı hər iki tərəf araşdırmalara başlayıb. Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib”, -Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin açıqlamasında bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024