““Matçın gedişində səhvlər edirdik...”
Tarix: 21-09-2015 | Saat: 01:05
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər
“Matçın gedişində səhvlər edirdik...”
Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı "Böyük oyun"dan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov heç-heçəni belə şərh edib:
“Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydançaya çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub, 1 xal qazandıq. Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu mənim fikrimdi. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər.
Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı.
“Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb, xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ