Mobil versiya
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Tarix: 23-05-2025 | Saat: 09:23
Bölmə:Parlament | çapa göndər

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

aia.az xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025