Mobil versiya
CNN Rusiya ilə Ukrayna arasında aparılan danışıqları dəyərləndirib
Tarix: 16-05-2025 | Saat: 23:18
Bölmə:Özəl | çapa göndər

CNN Rusiya ilə Ukrayna arasında aparılan danışıqları dəyərləndirib

Amerikanın CNN telekanalı Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqları dəyərləndirib. Bu barədə RBC məlumat yayıb. Mənbə qeyd edir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar “gözləniləndən daha müsbət” olub. Anonim türk rəsmisinin sözlərinə görə, hər iki tərəf “ittihamlı dil”dən istifadə etməyib.

“Bu, gözləniləndən də yaxşı keçdi: “Onlar ittihamedici ifadələr işlətməyiblər”, - mənbə nəşrə bildirib.Qurum rəsmisi onu da əlavə edib ki, danışıqlar zamanı elə bir məqam gəlib ki, dialoq dalana dirənib. Onun sözlərinə görə, bu, Rusiya tərəfinin Ukrayna qoşunlarının dörd yeni rayonun ərazilərindən çıxarılmasını tələb etməyə başlamasından sonra baş verib. Türkiyə tərəfinin hərbi əsirlərin mübadiləsinə dair saziş təklifindən sonra vəziyyət həll olunub.

“Vəziyyətin dalana dirəndiyi bir vaxtda biz üç kateqoriyadan - uşaqlar, mülki şəxslər və əsgərlərdən ibarət hərbi əsirlərin mübadiləsini təklif etdik”, - deyə rəsmi əlavə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025