Mobil versiya
Baykonur kosmodromunda əcnəbilər saxlanılıb-SƏBƏB?
Tarix: 15-05-2025 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Baykonur kosmodromunda əcnəbilər saxlanılıb-SƏBƏB?
Xarici turistlər Baykonur kosmodromunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Agentliyin mənbəsinin sözlərinə görə, saxlanılan iki nəfər Çexiyadan gələn turistlər olub. “Adamlar “Buran” raketinə yaxınlaşıb şəkil çəkdirməyə çalışıblar”, o əlavə edib.
Onun sözlərinə görə, mühafizə olunan obyektin girişinə nəzarət rejimini pozduqlarına görə (İnzibati Xətalar Məcəlləsinin 20.17-ci maddəsi) qanun pozucularına qarşı 5 min rubl məbləğində cərimə ilə inzibati protokol tərtib edilib. Onlar azad edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2025