Mobil versiya
Uşaqların gözü qarşısında işgəncə
Tarix: 09-02-2017 | Saat: 11:25
Bölmə:Seçilənlər-2 | çapa göndər

Uşaqların gözü qarşısında işgəncə






“Səhərlər uşağımızı məktəbə aparanda hər tində bir inək, dana, qoyun kəsildiyini görürük. Bu hal uşaqlara çox pis təsir edir”.

"AİA.AZ" xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində bir qrup valideyn deyib. Onu da əlavə ediblər ki, həmin şəraitdə kəsilən mal əti sanitar və gigiyenik qaydalara cavab vermir.

Bakının mərkəzində və açıq havada heyvan kəsiminin nə dərəcədə qanuni olduğunu öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda açıq şəraitdə heyvanların kəsilməsi qadağandır:

“İstər iri, istərsə də xırdabuynuzlu heyvan kəsilirsə, kəsim yeri baytarlıq xidmətinin qurumlarının qeydiyyatından keçməlidir. Sözügedən kəsim məntəqələrinin də ən azı 20 kv-metr sahəsi və mütləq qapalı şəraiti olmalıdır. Eləcə də kəsim aparılan yer kafel metlaxla örtülməli və axar su ilə təmin edilməlidir. Açıq şəraitdə heyvanların kəsilməsi qadağan və yolverilməzdir. Hazırda paytaxtda qeydiyyatdan keçmiş 12 kəsim məntəqəsi var və insanlar həmin məntəqələrdə heyvanlarını kəsə bilərlər. Həmçinin məntəqələrdə laboratoriyalar da fəaliyyət göstərir. Orada heyvanlar yoxlanıldıqdan sonra kəsim üçün icazə verilir”.



Y. Xanvəli onu da qeyd edib ki, sözügedən qaydalara əməl olunmadıqda həmin şəxslər cəzalanır: “İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə, baytarlıq sanitariya tələblərinə cavab verməyən, xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi zamanı fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir”.

Keçən il ərzində baytarlıq sanitariya qaydalarının pozulmasına görə, 174 nəfərə inzibati protokol tərtib edilib.

“Qafqazinfo” məsələylə bağlı psixoloq Elnur Rüstəmovdan da münasibət öyrənib. Psixoloq bildirib ki, nəinki uşaqların, həssas insanların yanında heyvanların kəsilməsi psixoloji problemlərə səbəb olur:

“Dəfələrlə vurğulanıb ki, heyvan kəsilən zaman istər qurban, istərsə də digər zamanlarda proses uşaqların yanında, gözünün qarşısında baş verməməlidir. Çünki bu, zaman keçdikcə müəyyən psixi travmalara, fobiyalara gəririb çıxara bilər. Təşviş, həyəcan pozğunluqları yaşanacaq. Haqlı olaraq bu, valideynlər tərəfindən narazılıqlara səbəb olur. O mənzərəni görüb dərsə gedən uşaqların fikri dağınıq olacaq, diqqətini toplaya bilməyəcəklər. Artıq ziyarətgahlarda belə qurbanlar xüsusi yerlərdə kəsilir. Şəhərin bəlli bir əraziləri var ki, orada bu problem daha qabarıqdır. Ümid edirəm əlaqədar qurumlar tezliklə tədbir görəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024