Mobil versiya
Orban: Ukraynanın Aİ-yə qəbulu Avropa ilə Rusiya arasında müharibəyə səbəb olacaq
Tarix: 12-05-2025 | Saat: 14:28
Bölmə:Özəl | çapa göndər

Orban: Ukraynanın Aİ-yə qəbulu Avropa ilə Rusiya arasında müharibəyə səbəb olacaq

Ukraynanın Avropa Birliyinə (Aİ) qəbulu Rusiya ilə müharibəyə səbəb olacaq. TASS xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Ukrayna ilə qonşu ölkə kimi biz inanırıq ki, Ukrayna Avropa Birliyinə qəbul olunarsa, o da müharibəyə cəlb olunacaq.
Orbanın sözlərinə görə, Ukraynanın Aİ-yə tələsik qəbulu əlavə xərclər tələb edəcək və ittifaqın bütün ölkələrində sosial-iqtisadi vəziyyətin ciddi şəkildə pisləşməsinə səbəb olacaq.
Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balazs Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası icma ölkələrinə ittifaqın büdcəsindən 12 dəfə çox baha başa gələcək.

Ukraynanın yenidən qurulmasının dəyəri, ən mühafizəkar hesablamalara görə, 500 milyard dollar təşkil edəcək, Ukrayna mənbələri isə bunun 1 trilyon avroya çata biləcəyini iddia edir. Orbanın sözlərinə görə, ölkənin fəaliyyətini saxlamaq ildə 100 milyard dollara başa gələcək və bu xərclərin böyük hissəsini Aİ də öz üzərinə götürməli olacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025