Eltun Süleymanov: "Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Vyetnamla strateji tərəfdaşlığın geosiyasi əhəmiyyəti"
Tarix: 07-05-2025 | Saat: 11:34
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının aparıcı xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi ətraflı müsahibə bir sıra geosiyasi və iqtisadi məqamlarla yadda qaldı. Bu müsahibə yalnız Azərbaycan-Vyetnam münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın Asiya-Sakit okean regionuna dair xarici siyasət prioritetlərinə də aydınlıq gətirdi. Azərbaycanın son illərdə yürütdüyü müstəqil, balanslı və prinsipial xarici siyasət xətti, onu yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi strateji çəkidədir.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz onu da deyib ki, Asiya–Sakit okean regionu XXI əsrin geosiyasi və iqtisadi mərkəzinə çevrilməkdədir. Cənab Prezident İlham Əliyev də müsahibəsində bu bölgənin artan əhəmiyyətinə toxunaraq Azərbaycan üçün Vyetnam kimi müstəqil, nüfuzlu ölkələrlə əməkdaşlığın prioritet olduğunu bildirmişdir. “Vyetnam bizim üçün dost və etibarlı tərəfdaşdır,” – deyə dövlət başçısı qeyd etmişdir. Azərbaycanın ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələri ilə münasibətləri inkişaf etdirməsi, təkcə iqtisadi maraqlardan deyil, həm də çoxqütblü dünyada siyasi tarazlıq yaratmaq strategiyasından irəli gəlir. Bu baxımdan Vyetnam, ASEAN daxilində nüfuzlu və tarixi partnyor kimi xüsusi yer tutur. Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq özəl vurğulanmalıdır. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkənin ortaq dəyərləri və prinsipial yanaşmaları onların beynəlxalq aləmdə bir-birini dəstəkləməsini təmin edir. Cənab Prezident İlham Əliyev müsahibədə bu əməkdaşlığa toxunaraq qeyd etmişdir: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə bərabərlik, ədalət və beynəlxalq hüququn üstünlüyü prinsiplərini fəal şəkildə müdafiə etmişdir.” Vyetnam isə bu dəyərləri uzun illərdir öz diplomatiyasının əsas sütunu kimi qəbul edir. Məhz bu ortaq baxış, iki ölkənin dünya siyasətində daha sıx əməkdaşlıq etməsinə şərait yaradır. Azərbaycanın enerji resursları və bu sahədə formalaşmış sənaye infrastrukturu onu dünya miqyasında aparıcı enerji ixracatçısına çevirib. Cənab Prezidentin müsahibədə vurğuladığı kimi, Vyetnamla enerji sahəsində əməkdaşlıq uzunmüddətli perspektivlərə malikdir. 2019-cu ildə SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan əməkdaşlıq müqaviləsi bu istiqamətdə konkret addım olub. Həmçinin, Azərbaycan mütəxəssislərinin hələ ötən əsrin ortalarında Vyetnamın neft sənayesinin inkişafında oynadığı rolu da unutmamaq lazımdır. Bu əməkdaşlıq yalnız neft hasilatı və emalı ilə məhdudlaşmır. Neft-kimya sənayesində yeni texnologiyaların tətbiqi, ekoloji təmiz enerji layihələri və “yaşıl enerji”nin təşviqi sahəsində birgə fəaliyyət imkanları genişlənir. Bu isə Azərbaycanın “yaşıl keçid” siyasətinə və Vyetnamın dayanıqlı inkişaf strategiyasına uyğun gəlir. Azərbaycanın Asiya-Sakit okean regionu ilə daha sıx inteqrasiya olunması üçün nəqliyyat-logistika infrastrukturu da mühüm əhəmiyyət daşıyır. Cənab Prezident Vyetnamla birbaşa hava nəqliyyatının yaradılmasını və turizmin inkişafını dəstəklədiyini qeyd edərək bildirmişdir: “Gələcəkdə Bakının Vyetnam şəhərləri ilə birbaşa hava əlaqəsi turizm və humanitar əlaqələrə güclü təkan verə bilər.” Hazırda Azərbaycan “Orta Dəhliz” adlandırılan Şərq-Qərb nəqliyyat marşrutunun əsas iştirakçılarından biridir. Bu dəhliz Çindən Avropaya, o cümlədən Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yüklərin daşınması üçün alternativ və təhlükəsiz yol təqdim edir. Azərbaycan bu dəhlizdə logistika mərkəzi rolunu oynayaraq, nəqliyyat diplomatiyasını siyasi və iqtisadi təsir alətinə çevirmişdir. Azərbaycan-Vyetnam əməkdaşlığının sosial-humanitar aspektində təhsil sahəsi xüsusilə diqqət çəkir. Cənab Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı məzun bu gün öz ölkələrində nüfuzlu vəzifələrdə təmsil olunurlar. Bu, iki ölkə arasında etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Yeni mərhələdə cənab Prezident vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması üçün dövlət proqramlarının mövcud olduğunu bildirib: “Biz vyetnamlı tələbələri Azərbaycanda görməyə şad olarıq. Onlar üçün təqaüd və qrant imkanları mövcuddur.” Bu təşəbbüs yalnız akademik əlaqələri gücləndirmir, həm də gələcəkdə elmi-tədqiqat, innovasiya və texnologiya sahəsində birgə layihələrin reallaşmasına zəmin yaradır. Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı, təkcə ikitərəfli səviyyədə deyil, həm də Avrasiya məkanında yeni geosiyasi dinamikaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq xalqlar arasında dostluq ruhuna əsaslanmaqla yanaşı, qarşılıqlı maraqlara, siyasi etibara və strateji baxışa söykənir. Cənab Prezident İlham Əliyevin verdiyi müsahibə göstərdi ki, Azərbaycan regional və qlobal səviyyədə sabitlik, sülh və tərəqqi yolunu tutaraq, dünya ilə qurduğu münasibətləri çoxölçülü strateji əsaslar üzərində qurmağa davam edir. Vyetnam bu baxımdan Azərbaycanın Asiyaya açılan mühüm tərəfdaş qapısıdır-deyə E. Süleymanov fikrini tamamlayıb. .
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2025