Mobil versiya
İndoneziyada yoxsulluqla mübarizədə qeyri-adi təklif....
Tarix: 06-05-2025 | Saat: 16:44
Bölmə:Özəl | çapa göndər

İndoneziyada yoxsulluqla mübarizədə qeyri-adi təklif....

İndoneziyada yoxsulluqla mübarizə üçün vazektomiya (cərrahiyyə ilə həyata keçirilən kişi sterilizasiyası. – Red.) aparılmasını təklif ediblər. Qərbi Yava qubernatoru Dedi Mulyadinin sözlərinə görə, xüsusən də hakimiyyət müvafiq prosedurdan keçməmiş aztəminatlı kişilərə sosial yardımdan imtina etmək təşəbbüsü ilə çıxış edib.“Jakarta Globe” portalı siyasətçiyə istinadən yazır ki, bu yolla doğuşa nəzarət yoxsulluq probleminin həllinə kömək etməlidir. Bonus olaraq, sterilizasiyaya razı olan kişilərə 500 min rupi mükafat təklif olunur - bu, təxminən 30 dollar və təxminən 2,5 min rubla bərabərdir.Mulyadi, səlahiyyətlilərin "yardımın ailələr arasında ədalətli şəkildə bölüşdürülməsini təmin etmək" istədiyini və vazektomiya yükü tarazlamağa kömək edərsə, bunun nəzərə alınması lazım olduğunu vurğuladı.

Təşəbbüsün tənqidinə cavab verən qubernator vurğuladı ki, bu prosedur kişini uşaq sahibi olmaqdan məhrum etməyəcək, çünki ilk əməliyyatdan çox vaxt keçməsə, prosedur geri qaytarıla bilər.
Bundan əvvəl amerikalı iş adamı İlon Mask demişdi ki, Çin üçün gələcəkdə ən böyük problem demoqrafik çöküş ola bilər. O, təhlükənin "demək olar ki, hər bir ölkəyə təsir edə biləcəyini" və əhalinin azalmasının "ekzistensial problem" olduğunu söylədi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025