Mobil versiya
İsrail mətbuatı : Əsir mübadiləsi baş verməsə, Qəzzaya genişmiqyaslı hücum başlayacaq
Tarix: 05-05-2025 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər

İsrail mətbuatı : Əsir mübadiləsi baş verməsə, Qəzzaya genişmiqyaslı hücum başlayacaq

İsrail mediası bildirib ki, ABŞ prezidenti Donald Trampın bu ay Yaxın Şərqə səfərinin sonuna qədər əsirlərin mübadiləsi ilə bağlı razılaşma əldə olunmasa, ordu Qəzza zolağına genişmiqyaslı hücumlar təşkil etməyi planlaşdırır.
Yerli mediaya danışan İsrail Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi bu səhər təhlükəsizlik kabineti tərəfindən təsdiqlənən Qəzzaya hücumların genişləndirilməsi planı ilə bağlı qiymətləndirmələr edib. Rəsmi bildirib ki, təhlükəsizlik kabinetinin təsdiqlədiyi plan “HƏMAS-ı məğlub etmək və onun hərbi gücünü məhv etmək” məqsədi ilə Qəzzaya genişmiqyaslı hücumlar təşkil edəcək.

İsrail rəsmisi bu hücumların bölgədəki fələstinliləri Qəzzanın cənubuna köç etməyə məcbur etmək üçün planlaşdırıldığını bildirib. O qeyd edib ki, keçmiş hücumlardan fərqli olaraq, İsrail ordusu “əməliyyatlar bitdikdən sonra” işğal olunmuş ərazilərdən geri çəkilməyəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2025