Mobil versiya
Leyla və Arzu Əliyevalar ağacəkmə aksiyasında - FOTOLAR
Tarix: 02-05-2025 | Saat: 09:36
Bölmə:Manşet / Ölkə | çapa göndər

Leyla və Arzu Əliyevalar ağacəkmə aksiyasında -

Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.

aia.az xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər.

Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025