Robert Fiko Qələbə Günündə Moskvaya gedəcək
Tarix: 30-04-2025 | Saat: 19:23
Bölmə:Özəl | çapa göndər

Slovakiyanın baş naziri Robert Fiko Qələbə Günündə Moskvaya səfəri ilə Bratislavanın İkinci Dünya Müharibəsində canlarını verən qəhrəmanlarını xatırladığını göstərmək istəyir. Bunu RİA Novosti-yə müsahibəsində Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar deyib.
"Robert Fiko artıq bir neçə ildir ki, Rusiya Federasiyasına münasibəti ilə bağlı kifayət qədər aydındır. Düşünürəm ki, ötən ilin mayında ona qarşı sui-qəsd onun mövqeyinin nəticəsi olub", - agentliyin mənbəsi bildirib. Qaspar əlavə edib ki, təhlükəsizlik baxımından Slovakiyanın baş nazirinin nümayəndə heyətinin tərkibi məhdudlaşdırılacaq.
Agentliyin həmsöhbəti digər məsələlərlə yanaşı qeyd edib ki, Fiko hər iki ölkənin xeyrinə Rusiya ilə ticarət, mədəni və idman əlaqələrinin bərpasının zəruriliyindən danışır.
Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçiriləcək paradda 20-yə yaxın ölkənin liderləri iştirak etmək niyyətində olduqlarını bəyan ediblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər