Litvanın Müdafiə Nazirliyi : Qərbin “istəklilər koalisiyası”nın zəifdir
Tarix: 30-04-2025 | Saat: 17:20
Bölmə:Özəl | çapa göndər

“The Times” yazır ki, Avropa Ukraynada təklif olunan sülhməramlı missiya üçün hətta 25 min əsgər toplamaq üçün mübarizə aparacaq. Qəzetin yazdığına görə, Litva Müdafiə Nazirliyinin rəhbəri Dovile Şakaliene “istəklilərin koalisiyası”nın zəif olduğunu bildirib. Son həftələr Britaniya və Fransa Ukraynaya sülhməramlılar göndərmək ideyasını fəal şəkildə həyata keçirirlər. Onlar sülhməramlı missiyaya töhfə vermək istəyən ölkələrin “istəklilər koalisiyasını” yaratdılar. “Politico”nun məlumatına görə, Britaniya və Fransa ilkin olaraq təmas xəttini qoruya biləcək beş və ya altı Avropa ölkəsindən 50 minə qədər hərbçidən ibarət qüvvələrin formalaşdırılmasını müzakirə ediblər. Daha sonra Ukrayna limanlarının və infrastruktur obyektlərinin qorunmasına diqqət yetirəcək, bu missiyada əsas rol aviasiyaya həvalə edilmiş 30 minlik qoşun kontingenti haqqında məlumatlar ortaya çıxdı.
“The Times” yazır ki, Estoniya və Finlandiya qorxur ki, xaricə hər hansı qüvvə yerləşdirmə onların sərhədlərini qorumaq imkanlarını zəiflədə bilər. Polşa, İspaniya və İtaliya isə öz əsgərlərini Ukraynaya göndərməyəcəklərini qətiyyətlə bəyan ediblər.
Rusiya dəfələrlə NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi ilə razılaşmayacağını bəyan edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər