Mobil versiya
Şimali Makedoniyada əks miqrasiya
Tarix: 29-04-2025 | Saat: 08:37
Bölmə:Özəl | çapa göndər

Şimali Makedoniyada əks miqrasiya

Şimali Makedoniya maraqlı demoqrafik dəyişikliklə üz-üzədir. Qlobal iqtisadi və maliyyə məlumat təminatçısı CEIC-in son məlumatlarına görə, 2024-cü ilin dekabr ayına ölkədə gənclər arasında işsizlik səviyyəsi 32,3%-ə çatıb. Bu yüksək göstərici Makedoniyanı Avropada gənclər arasında ən yüksək işsizliyə malik ölkələr sırasına qoyur, işsizlik isə Avropa İttifaqının orta göstəricisindən iki dəfə çoxdur.

Eurostat və yerli mənbələrin məlumatına görə, son beş ildə 60 minə yaxın gənc daha yaxşı həyat ümidi ilə Almaniya, İtaliya, Avstriya və Çexiya kimi ölkələrə mühacirət edib.

Bu pessimist mənzərə ortaya çıxsa da, Şimali Makedoniyaya diqqətəlayiq bir miqrasiya dalğası var. Ölkənin əlverişli yaşayış şəraiti, mədəni yaxınlığı və Avropaya giriş qapısı olması səbəbindən, xüsusilə Türkiyədən bir çox vətəndaş Şimali Makedoniyaya axın edir. Təqaüdçülük arzularını reallaşdırmaq, münasib qiymətə yaşamaq və Balkan mədəniyyətini yaşamaq istəyən türklər ölkənin müxtəlif şəhərlərində məskunlaşırlar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025