Mobil versiya
Şirvanda Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 28-04-2025 | Saat: 18:18
Bölmə:Özəl | çapa göndər

Şirvanda  Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

28 aprel 2025-ci ildə Şirvan şəhər T.İsmayılov küçəsində yerləşən (ƏƏSM Nazirliyinin yanında Şirvan Reabilitasiya Mərkəzi) ərazi partiya təşkilatının və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ƏƏSM Nazirliyinin yanında Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova, ərazi partiya təşkilatının sədri Rəna Fərzəliyeva, həkim fizioterapevt Günay Əhmədova və mərkəzin kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbiri giriş sözü ilə açan ƏƏSM Nazirliyinin yanında Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək qeyd etdi ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb. O, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. Zərifə Əliyevanın həyat yolu sadəcə elm və tibb sahəsində uğurlarla məhdudlaşmır. O, həm də möhkəm ailə dəyərlərinin, mənəviyyatın və milli kimliyin daşıyıcısı olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı olan Zərifə xanım, həm də bu böyük şəxsiyyətin həyat və fəaliyyətində ən yaxın dəstəkçi olmuşdur. Onun tərbiyə və təsiri ilə yetişən İlham Əliyev isə bu gün müstəqil Azərbaycanın Prezidentidir. Zərifə xanım Əliyeva öz örnək həyatı ilə xalqımıza iki böyük lider — Heydər Əliyev və İlham Əliyevi bəxş etmişdir. Onun həyat prinsipləri, yüksək mənəvi keyfiyyətləri və fədakarlığı gələcək nəsillər üçün əbədi bir nümunədir.

Daha sonra tədbirdə Şirvan şəhər T.İsmayılov küçəsində yerləşən (ƏƏSM Nazirliyinin yanında Şirvan Reabilitasiya Mərkəzi) ərazi partiya təşkilatının sədri Rəna Fərzəliyeva və həkim fizioterapevt Günay Əhmədova çıxış edərək sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi Azərbaycan qadınının dolğun obrazını təcəssüm etdirən Zərifə xanım Əliyeva ötürdüyü zəngin dəyərlərlə böyük bir məktəb olduğunu bildirdilər. Onun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacağını, tibb elminin inkişafına verdiyi töhfələr, bir şəxsiyyət kimi həyat fəlsəfəsi isə gələcək nəsillərə yol göstərəcəyini qeyd etdilər.
Sonda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olundu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025