Mobil versiya
Yeni maliyyə naziri kimdir? - DOSYE
Tarix: 07-02-2017 | Saat: 15:25
Bölmə:Karusel | çapa göndər

Yeni maliyyə naziri kimdir? - DOSYE




Naxçıvan Muxtar Respublikasına yeni maliyyə naziri təyin edilib. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov Xalid İsgəndərovu bu vəzifədə əvəz edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən Fins.az-a verilən məlumata görə, Səbuhi Hidayət oğlu Məmmədov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Ali iqtisadi təhsillidir. Əmək fəaliyyətinə başladığı müddət ərzində bank sistemində müxtəlif vəzifələrdə işləyib.

1991-ci ildə Aqrar-Sənaye Bankının Şərur şöbəsində mütəxəssis olaraq başlayıb,ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Kapital Bankın Şərur filialının müdiri, Aqrarkredit Təşkilatı Naxçıvan filialının müdiri, Kapital Bankın Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından isə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri işləyib.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

6 fevral 2017-ci il tarixdən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5601 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}