BACARIQLI SƏHİYYƏ TƏŞKİLATÇISI
Tarix: 07-02-2017 | Saat: 12:43
Bölmə:Qərbi Azərbaycan / Manşet / Seçilənlər | çapa göndər
“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin 2 saylı dəmiryol poliklinikasının baş həkimi, fəxri dəmiryolçu Həmzə Həsənov əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini çox mükəmməl təşkil edib. Müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini gözəl qura bilib. Müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirir. Daxili əmək intizamı qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə gündəlik nəzarət edir.
Doktor Həsənov səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını, əmək qanunvericiliyini və səhiyyə müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ-hüquqi aktları; səlahiyyətli dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair fərman, sərəncam, qərar və əmrlərini; səhiyyənin, sosial gigiyenanın, səhiyyə idarəetmə sisteminin təşkilinin nəzəri əsaslarını; səhiyyə müəssisəsinin iqtisadi və maliyyə fəaliyyətinin təşkilini; qeyri-büdcə və büdcə-sığorta təbabətinin əsaslarını; poliklinikanın xidmətindən istifadə edən əhalinin sağlamlığı statistikasını, sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri; müalicə-profilaktika müəssisələrində əmək qabiliyyətinin ekspertizasının təşkilini, xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini; sanitar-epidemioloji xidmətin nəzəri və təşkilati əsaslarını; sanitariya maarifinin, əhalinin gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını mükəmməl bilir.
Doktor Həsənov deyir: “Hər bir dəmiryolçunun həyatı məndən ötrü əzizdir. Uzun illərdir bu şərəfli peşə sahibləri ilə bir yerdə işləyirəm. Mənim dostlarımın, yaxın adamlarımın əksəriyyəti dəmiryolçulardır. Bununla belə peşəsindən asılı olmayaraq poliklinikamıza üz tutan heç kəsi naümid qoymamışıq". Təkcə 2 saylı poliklinikanın xidmətindən istifadə edən dəmiryolçuların deyil, barəsində soruşduğumuz, rəylərini öyrəndiyimiz yoldaşların hamısının doktor Həmzə Həsənov haqqında sözlərinin əsas ana xəttini onun insanlığı, alicənablığı, təvazökarlığı, gözəl həkimliyi, xalqa, millətı xidməti təşkil edirdi. Biz də belə hesab eləyirik ki, bu sadalanan dəyərlər Həmzə həkimin həyatda qazandığı ən yüksək mükafatıdı. Doktor Həsənov sözün gerçək mənasında xalqı üçün, milləti üçün çalışan gözəl bir həkimdi. Həmişə onu tanıyan, ona üz tutan, işi düşən, onunla təması olan bütün insanlarda xoş təəssürat yaratdığından, minnətdarlıqla xatırlanır. O, həkimlik şərəfini də qoruyur, vuğunu olduğu peşəsinin etikasına əməl eləyir, müqəddəs vəzifəsini yüksək səviyyədə yerinə yetirir.
Çexov deyirdi ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Doktor Həsənovun timsalında biz bütün bu tələblərə cavab verən həkimi, həm də bacarıqlı səhiyyə təşkilatçısını görürük. Bu nöqteyi-nəzərdən, fəaliyyəti təqdir olunan səhiyyə qəhrəmanlarından biri kimi onun da təcrübəsinin yayılması, əməyinin stimullaşdırılması, şəxsiyyətinin bir insan materialı kimi öyrənilməsi vacibdi.
Bəhram Yaqubov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024