Mobil versiya
Keçmiş ər dəhşət saçdı : Parkda oturan 2 qadın kabus gördü
Tarix: 25-04-2025 | Saat: 21:17
Bölmə:Özəl | çapa göndər

Keçmiş ər dəhşət saçdı : Parkda oturan 2 qadın kabus gördü
İstanbulun Esenyurt səmtində kişi parkda oturan keçmiş həyat yoldaşına və onun yanında olan qadına atəş açıb. Qan donduran hadisədə yaralanan iki qadın xəstəxanaya aparılıb.

Hadisə Esenyurt Mehterçeşme Məhəlləsində Qazilər Parkında baş verib. Əldə edilən məlumata görə, parkda oturan iki qadından birinin keçmiş əri gələrək əvvəlcə keçmiş həyat yoldaşını, daha sonra isə baldızı olduğu iddia edilən qadını güllələyib.

YARALILAR XƏSTƏXANAYA YERLƏŞİLDİ
Güllələrə tuş gələn iki qadın yaralanıb. Qadınların kömək çağırışı üzərinə yaxınlıqda olan vətəndaşlar şübhəli şəxsi tutaraq onun əlindən silahı götürüblər. Xəbərdən sonra hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılarkən, şübhəli polis tərəfindən saxlanılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2025