Mobil versiya
Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ
Tarix: 25-04-2025 | Saat: 15:21
Bölmə:Ölkə / Karusel | çapa göndər

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq -

“Android” smartfonuna virus daşıyıcısı olan "crack" proqramlar yükləyənlərdə “Birbank” mobil tətbiqi bloklanır.

aia.az sfera.az-a istinadən xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, buna səbəb "WhatsApp+"un başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən "apk" fayllardır:

“Belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər. Bu proqramlar vasitəsilə cihaza yoluxdurulmuş zərərli fayllar bank tətbiqlərinin məlumatlarını götürür və nəticədə vəsait oğurlanır. Ona görə də smartfonuna bu kimi tətbiqləri yükləyənlərin “Birbank” hesabı, onların bank hesablarının qorunması məqsədi ilə bloklanır”.

Mütəxəssis vətəndaşları bu mövzuda məsuliyyətli davranmağa və “Android” ekosisteminə kənar tətbiqləri yükləməkdən çəkinməyə çağırıb:

“Bu onları birbaşa təhlükəyə atır. Xüsusilə də evdə uşaqların "crack" oyunlar yüklədiyi çox sayda cihaz var. Diqqətli olaq ki, hesablarımızda olan vəsaitləri qurban verməyək. Bu çox ciddi və yayğın məsələdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2025