Mobil versiya
MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişdi
Tarix: 25-04-2025 | Saat: 11:28
Bölmə:Ölkə | çapa göndər

MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişdi

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.

Qeyd edək ki, vətəndaş bundan əvvəl həmin müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2025